“Kəpəz” klubunun İdarə Heyətinin iclası keçirilib, bir sıra qərarlar qəbul olunub İdman

“Kəpəz” klubunun İdarə Heyətinin iclası keçirilib, bir sıra qərarlar qəbul olunub

“Kəpəz” klubunun İdarə Heyətinin iclası keçirilib.

Bölgə təmsilçisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə İdarə Heyətinin sədri, üzvləri və baş məşqçi Adil Şükürov iştirak ediblər.

İclasda komandanın Premyer Liqanın ilk üç turunda göstərdiyi nəticələr müzakirə olunub. Klub rəhbərliyi kollektivin hər üç matçda məğlub olmasından narahatlığını ifadə edib. Baş məşqçinin qarşısına növbəti üç tur ərzində komandanı toparlamaq və xalların bərpa olunması hədəf olaraq qoyulub.

Bundan əlavə, iclasda bir sıra qərarlar qəbul olunub. Belə ki, Erkin İbrahimov İdarə Heyətinin üzvlüyündən ayrılmaq istədiyini açıqlayıb. Nəticədə o, İdarə Heyətinin üzvülüyündən çıxarılıb. Digər struktur dəyişiklikləri barədə isə yaxın günlərdə məlumat veriləcək.