Portuqaliyada tramvayın relsdən çıxdığı qəzada 15 nəfər ölüb, 18 nəfər yaralanıb Dünya

Portuqaliyada tramvayın relsdən çıxdığı qəzada 15 nəfər ölüb, 18 nəfər yaralanıb

Portuqaliyanın paytaxtı Lissabonun məşhur turistik məkanı olan Gloria tramvayı relsdən çıxıb.

Qəzada 15 nəfər ölüb, 5-i ağır olmaqla 18 nəfər yaralanıb.
Portuqaliya prezidenti Marselo Rebelo de Sousa verdiyi yazılı açıqlamada qəzada ölən və yaralananların olduğunu təsdiqləyib və kədərini ifadə edib.

Sosial şəbəkələrdə yayılan videoda tramvaydan tüstünün qalxdığı və insanların dağıntıları çıxarmağa çalışdığı görünür.

Portuqaliya hökuməti qəza səbəbi ilə 1 günlük milli matəm, Lissabon bələdiyyəsi isə 3 günlük matəm elan edib.