"Azərbaycana təhdid dili ilə danışması Rusiya üçün heç bir perspektiv açmır" Siyasət

"Azərbaycana təhdid dili ilə danışması Rusiya üçün heç bir perspektiv açmır"

Moskvanın son günlərdə Azərbaycana təhdid dili ilə danışması da Rusiya üçün heç bir perspektiv açmır. Əksinə, Rusiyaya qarşı beynəlxalq izolyasiya və sanksiyalarlar fonunda, onun Azərbaycan və Türkiyə nəfəsliyindən məhrum edə bilər. Bu da Rusiyanı Çindən çox asılı vəziyyətə sala bilər.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Vüqar Dadaşov deyib.

O, qeyd edib ki, artıq Rusiya raket və mühərrik texnologiyalarını da Çinə ötürmək məcburiyətindədir:

"Putinin ŞƏT çərçivəsində Çinə səfəri, onun qarşılanması, digər dövlət başçılarının ona münasibəti, hətta Tacikistan prezidenti İmamali Raxmonun ona qarşı davranışı Rusiyanın, Putinun acınacaqlı vəziyyətinin sübutudur".

Cavid