

3 Sentyabr 23:45
3 Sentyabr 23:34
3 Sentyabr 23:28
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Bu il Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə azalıb.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda bildirib.
Onun sözlərinə görə, Moskva ilin sonuna qədər ticarət dövriyyəsinin ötən illə müqayisədə iki dəfə azalacağını gözləyir.
“Əgər keçən il bu 12,4 milyard dollar idisə, bu il altı, bəlkə də bir az daha çox olacaq”, - Rusiya Baş nazirinin müavini əlavə edib.
Ermənistan mətbuatının yazdığına görə, bu ilin birinci yarısında ölkələr arasında ticarət dövriyyəsinin həcmi 3,4 milyard dollardan bir qədər çox olub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə iki dəfə azdır.