17:57
658
Artıq Ağdam şəhərindəki 2-ci yaşayış kompleksinə sakinlərin qayıdışı təmin edilib. Burada 223 ailə, 821 sakin yaşayır. Bununla yanaşı, 4-cü və 5-ci yaşayış komplekslərində də tikinti işləri davam edir.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Səbuhi Abdullayev deyib.
Onun sözlərinə görə, 3-cü yaşayış kompleksində isə yaxın vaxtlarda tikinti işlərinə başlanılması nəzərdə tutulur: "Eyni zamanda Ağdam rayonunun Eyvazxanbəyli və Baş Qərvənd kəndlərində də böyük səylə çalışılır. Eyvazxanbəyli kəndində birinci mərhələ üzrə 427, Baş Qərvənd kəndində isə 851 fərdi yaşayış evi inşa edilir. Həmçinin bu kəndlərdə fərdi evlərlə yanaşı sakinlərin rahat yaşayışını təmin etmək üçün müxtəlif infrastruktur obyektləri də istifadəyə veriləcək".