Pakistan ordusu: Əfqanıstanın 274 döyüşçüsü öldürülüb - YENİLƏNİB-1
Ağdamda 3-cü yaşayış kompleksində yaxın zamanda tikinti işlərinə başlanılması nəzərdə tutulur
Ginnesin Rekordlar Kitabına düşən lənkəranlının dənizdə meyiti tapılıb - YENİLƏNİB
Pakistan Əfqanıstanın hər hansı yeni təxribatına sərt cavab verməyə hazırdır
16:44
672
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) görkəmli ədəbiyyatşünas və tənqidçi Yaşar Qarayevin 90 illik yubileyi münasibətilə “Yaşar Qarayev - 90” adlı virtual sərgini (https://heyzine.com/flip-book/d371126642.html) təqdim edir.
Kitabxananın mətbuat xidmətindən xalqcebhesi.az-a verilən xəbərə görə, sərgi MEK-in fondlarında saxlanılan nəşrlər əsasında hazırlanıb. Burada alimin klassik və müasir ədəbiyyatın inkişaf mərhələləri, ədəbi cərəyanlar və onların xüsusiyyətlərinin geniş şəkildə təhlil olunduğu əsərləri yer alıb. Bundan başqa, görkəmli alimin həyatı, kinomatoqrafiya sahəsində gördüyü işlər haqqında məlumatlar, fotolar nümayiş olunur.
Sərgilənən nəşrlər arasında görkəmli tənqidçinin elmi əsaslılığı, prinsipiallığı və dərin analitik yanaşması ilə seçilən tənqidçilik fəaliyyətini əks etdirən, Azərbaycan ədəbiyyatşünaslığının fundamental nümunələri - “Seçilmiş əsərləri” (beş cilddə), “Poeziya-nəsr Realizm: sənət və həqiqət”, “Hüseyn Cavid”, “Min ilin sonu”, “Ədəbi üfüqlər”, “Meyar-şəxsiyyətdir”, “İlyas Əfəndiyev”, “Faciə və qəhrəman”, “Səhnəmiz və müasirlərimiz” və başqa dəyərli nəşrlər yer alır.
Virtual sərgi ilə yanaşı, MEK-də ənənəvi sərgi də təşkil olunub. Ənənəvi sərgi iki həftə müddətində davam edəcək.
