15:45
721
ABŞ Hərbi Dəniz Qüvvələri Hind okeanında İrandan neft daşıdığı iddia edilən bir tankeri saxlayıb.
Xalqcebhesi.az xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələri Hind okeanında, Hind-Sakit Okean Komandanlığının (INDOPACOM) məsuliyyət zonasında Majestic X tankerinin saxlanıldığını bildirib.
Pentaqon X sosial media səhifəsində dərc etdiyi açıqlamada bildirib ki, "Gecə ərzində ABŞ qüvvələri Hind okeanında, INDOPACOM məsuliyyət zonasında, İrandan neft daşıyan sanksiyalı gəmi olan bayraqsız Majestic X gəmisinə qarşı ələ keçirmə və minmə əməliyyatı keçirib".