16:18
3 108
Fars xəbər agentliyinin məlumatına görə, İran Silahlı Qüvvələri ABŞ-ın hərbi əməliyyatları bərpa edəcəyi təqdirdə vurulacaq hədəflərin siyahısını hazırlayıb.
Xalqcebhesi.az xəbər verir ki, agentliyin məlumatına görə, bu siyahı hazırlanarkən qarşılıqlılıq prinsipi nəzərə alınıb. Buna görə də, ABŞ və ya İsrail İslam Respublikasının enerji infrastrukturuna zərbə endirərsə, İran İsraildəki elektrik stansiyalarına və Yaxın Şərqdəki Amerika müttəfiqlərinə hücum edəcək. Vaşinqton dəniz blokadasını davam etdirərsə, Tehran Bab əl-Məndəb boğazını bağlamağı və Hörmüz boğazını minalamağı planlaşdırır.
Fars qeyd edir ki, ABŞ-ın İran ərazisində mümkün quru əməliyyatına cavab olaraq, Tehran yerli əhalidən və Müqavimət Oxlu milislərdən kömək istəyərək bölgədəki Amerika bazalarını ələ keçirməyə çalışacaq.
ABŞ və İsrail 28 fevralda İrana qarşı müharibəyə başlayıblar. 7 apreldə ABŞ prezidenti Donald Tramp İslam Respublikası ilə iki həftəlik atəşkəs elan edib. İranın məlumatına görə, müharibənin 40 günü ərzində ABŞ-İsrail hücumlarında 3375 iranlı həlak olub. Aprelin 11-də Tehran və Vaşinqton İslamabadda danışıqlar aparıblar, lakin tərəflər bir sıra fikir ayrılıqlarına görə uzunmüddətli razılaşma barədə razılığa gələ bilməyiblər. Aprelin 21-də ABŞ prezidenti İranla atəşkəsin uzadılması niyyətini açıqlayıb. İran dövlət televiziyasının məlumatına görə, Tehran Vaşinqtonun birtərəfli atəşkəs müddətinin uzadılmasını tanımaq niyyətində deyil və öz maraqlarına uyğun hərəkət edəcək.
Məryəm Quliyeva