14:38
616
Finlandiya hakimiyyəti 2027-ci ilin yazında müddəti bitən Eduskuntanın (Finlandiya Parlamenti) cari səlahiyyət müddətinin sonuna qədər Ukraynaya 300 milyon avro yardım ayıracaq.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Finlandiya hökumətinin saytında dərc olunmuş açıqlamada bildirilib.
Bəyanatda deyilir: "Finlandiya Ukraynaya hərbi dəstək göstərməyə davam edir. Parlamentin səlahiyyət müddətinin sonuna qədər ümumilikdə 300 milyon avro ayrılacaq. Məqsəd həm Ukraynanın müdafiəsini, həm də Finlandiyanın müdafiə sənayesini dəstəkləyəcək sənaye əməkdaşlığının qurulmasıdır".
Bir müddət əvvəl Rusiyanın Finlandiyadakı səfiri Pavel Kuznetsov TASS-a verdiyi müsahibədə Helsinkinin artıq Kiyevə ümumi dəyəri 3,2 milyard avro olan 32 hərbi yardım paketi köçürdüyünü, lakin ölkənin bununla kifayətlənmək niyyətində olmadığını vurğulayıb. O, Finlandiyanın "adambaşına düşən məbləğə görə Ukrayna Silahlı Qüvvələrinə aparıcı silah tədarükçülərindən biri olaraq qaldığını" vurğulayıb.
Məryəm Quliyeva