Qatar Airways BƏƏ və Suriyaya gündəlik uçuşları bərpa edir Gündəm

Qatar Airways BƏƏ və Suriyaya gündəlik uçuşları bərpa edir

Qətərdə yerləşən Qatar Airways aviaşirkəti Doha ilə Yaxın Şərqdəki əsas istiqamətlər, xüsusən də BƏƏ və Suriya arasında uçuşları bərpa edir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə aviaşirkət açıqlama verib.

Bəyanatda deyilir: "23 apreldən etibarən Qatar Airways Dubay və Şarjaya gündəlik uçuşları, 1 maydan isə Dəməşqə gündəlik uçuşları bərpa edəcək". Aviaşirkət vurğulayıb ki, bu addım aprelin ortalarında qəbul edilmiş qərar olan Qatar Airways uçuşlarının mərhələli bərpasının bir hissəsidir.

28 fevralda Qatar Airways Yaxın Şərqdəki vəziyyətin gərginləşməsi səbəbindən hava məkanını bağladı. Məhdud hava dəhlizindən istifadə etmək üçün icazə aldıqdan sonra Qatar Airways 7 martda Həməd Beynəlxalq Hava Limanından bir sıra istiqamətlərə müştəriləri üçün repatriasiya uçuşları həyata keçirməyə başladı. 9 martda aviaşirkət hava məkanının bağlanmasından bəri Moskvaya ilk xüsusi uçuşunu həyata keçirdi və 18 martda planlaşdırılan uçuşları bərpa etdi. Lakin aviaşirkətin müştəriləri tezliklə yenidən uçuşların ləğvi ilə üzləşdilər.

Məryəm Quliyeva