15:35
819
Hazırkı ABŞ administrasiyası cinayətkarlığa qarşı mübarizəni sərtləşdirmək vədlərinə baxmayaraq, əsas hüquq-mühafizə orqanlarında 4000-dən çox iş yerini ixtisar edib.
Xalqcebhesi.az xəbər verir ki, mənbələrə istinadən məlumatı Reuters yayıb.
2024-cü maliyyə ilindən (ABŞ-da 1 oktyabrda başlayır) başlayaraq FTB, Narkotiklərlə Mübarizə Administrasiyası və Alkoqol, Tütün, Odlu Silah və Partlayıcı Maddələr Bürosunun işçilərinin sayı minlərlə azaldılacaq. Konqresə təqdim edilən sənədlərdə casusluq və hərbi texnologiyanın oğurlanması ilə mübarizə ilə məşğul olan departamentlərdə "misli görünməmiş işçi sayının ixtisar edildiyi" qeyd olunur. İxtisarlar terrorizmə qarşı mübarizə və narkotik qaçaqmalçılığı da daxil olmaqla, yüksək profilli cinayət araşdırmaları ilə məşğul olan qurumlara təsir edib. Bundan əlavə, ötən il federal narkotik qaçaqmalçılığı ilə bağlı işlərin sayı 20 ildən çox müddətdə ən aşağı səviyyəyə düşüb. Agentliyin məlumatına görə, hökumət bu il daha az belə iş üzrə məhkəmə prosesi aparır. Prezident və onun siyasi müttəfiqləri ilə bağlı araşdırmalarda iştirak edən onlarla federal prokuror və FTB agenti işdən çıxarılıb.
Ədliyyə Nazirliyinin məlumatına görə, işdən çıxarılanlar arasında "Amerika xalqını qorumaq üçün cinayətkarlığa qarşı fəal və vicdanla mübarizə aparmaq istəməyən" işçilər də var.
Məryəm Quliyeva