16:06
707
Böyük Britaniya və Fransa Hörmüz boğazında naviqasiyanın bərpasında nəzərəçarpacaq irəliləyiş əldə edəcəyinə əmindirlər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Naziri Con Heli və Fransa Silahlı Qüvvələri naziri Ketrin Votrinin London ətrafında keçirilən hərbi ekspertlər konfransından sonra verdiyi birgə bəyanatda bildirilib.
Reuters bəyanatdan hissələrə istinadən bildirir ki, "Diplomatik səyləri hərəkətə keçirmək üçün müttəfiq və tərəfdaş ölkələrdən dəqiq planlaşdırma, səmimi müzakirələr və qəti öhdəliklər tələb olunur".
Heyli və Votrini əlavə ediblər ki, "Artıq töhfə verməyə hazır olduqlarını bildirən ölkələrə minnətdarıq. Əminik ki, real irəliləyiş əldə edilə bilər".
Böyük Britaniya Müdafiə Nazirliyi əvvəllər görüşdə təxminən 30 ölkənin nümayəndələrinin iştirak edəcəyinə söz vermişdi.
Məryəm Quliyeva