6 Noyabr 17:34
6 Noyabr 15:39
6 Noyabr 15:34
23 Aprel 14:25
3 248
Avropa Komissiyası Rusiyanı dəvət etmək üçün Venesiya Biennalesindən 2 milyon avroluq qrantın geri götürülməsi qərarını rəsmi olaraq təsdiqlədi.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Komissiyanın sözçüsü Tomas Reqnye Brüsseldə keçirilən brifinqdə bildirib.
"Təsdiqləyə bilərəm ki, Avropa Komissiyası 2 milyon avroluq qrantın geri götürülməsi qərarı ilə bağlı [İtaliya hökumətinə və Biennale təşkilatçılarına - TASS] məktublar göndərib. Biz Rusiya pavilyonunun açılması qərarını siyasi olaraq pisləyirik və İtaliya hökumətini bu məsələni həll etməyə dəvət edirik", - deyə o bildirib.
Məryəm Quliyeva
6 Noyabr 18:19
868
6 Noyabr 17:34
1 015
6 Noyabr 15:39
861