“Paşinyan çətin seçim qarşısındadır” Gündəm

“Paşinyan çətin seçim qarşısındadır”

"Demək Azərbaycan öz tələbini qoyub və birmənalı bildirib ki, Ermənistanın qanunverici aktlarında, ümumiyyətlə Azərbaycana ərazi iddialarının təşəkkül tapması yolverilməzdir”.

Bu fikirləri politiloq Tofiq Abbasov “xalqcebhesi.az”-a açıqlaması zamanı bildirib.

Onun fikrincə, indi burda konstitusiya əlbəttə ki, orda Müstəqillik haqqında akta istinad eləyir və orda da açıq-aşkar bildirilir ki, güya Qarabağ Ermənistanın hissəsidir:
“Bu baxımdan, təbii ki, Bakı heç bir güzəştə getməyəcək və Ermənistanın siyasi rəhbəri, belə deyək də, Nikol Paşinyan gözəl başa düşür ki, yenidən bu Qarabağ məsələsini gündəmə gətirmək, onu alovlandırmaq heç vaxt ona bir münasib vəziyyət, qənaətbəxş şərait verməyəcək və o buna yol verməli deyil.Hər halda indi Nikol Paşinyanın özünün də Azərbaycan tərəfinə açıqladığı mesajlardan da biz görürük ki, bəli, o çalışır demək bax bu iki sənəd arasında olan əlavəni qırsın. İndi referendum keçirilməlidir, hələ ki, indiki bu həssas vəziyyətdə referendumu bunlar keçirə bilmirlər. Digər tərəfdən də vəziyyətin normallaşmasına aid Nikol Paşinyan qətiyyətli addım da ata bilmir, çünki indi ona qarşı gedən qüvvələr, yəni müxaliflər, onlar birləşirlər və indi hətta Levon Ter-Petrosyanın da o müxalif dəstəyə qoşulması, sonra Serj Sarkisyanın da öz adamlarının o məsələlərə münasibət bildirməsi və s. göstərir ki, yavaş-yavaş daxili aləmdəki ictimai-siyasi gərginlik və siyasi mübarizə kəskinləşir”.

T. Abbasov bildirib ki,ona görə də Nikol Paşinyan indi referendum haqqında artıq xəbərləri sanki arxa plana atıb və çalışır elə bir situasiya formalaşdırsın ki, yəni Azərbaycanı inandırsın ki, bəli, biz sözümüzün üstündə dayanarıq: “Və burda ancaq başqa bir məsələ çıxıb ortaya. İndi Avropa İttifaqı yeni bir missiya göndərir demək Ermənistana, yəni hibrid risklərin aradan qaldırılması üçün. Əlbəttə, burda deyilmir ki, bu nəylə bağlıdır. Biz nezere alsaq ki, hemin bu missiyanın fealiyyet müddeti iki il civarında artıq müeyyen edilib. Demeli bu tekce seçkilerle deyil, seçkilerle bağlı bir teşebbüs deyil. Eksine bu, post-seçki dövrüne nezerde tutulan bir teşebbüsdür ve çox güman ki, onlar Qarabağ meselesini gündeme getirecekler.
Ve tebii ki, bu ilk növbede sülh sazişine bir zerbedir. Bu yaxınlarda Parisde görüşmüş bu diaspor strukturları, sonra Qarabağ herekatının ne bilim öncülleri vesaire, bunlar hamısı yeniden ele bir gündelik tertib elediler ki, güya Qarabağ meselesi hele de öz hellini gözleyir. Sonra Türkiyeyle bağlı o qondarma soyqırım meselesi gündemden gede bilmez ve evvelki tek bunlara o köhne paradiqmalara sanki bir süni nefes vermekle bildirirler ki, biz mübarizeye hazırlaşırıq.
Mübarize yəni revanşizm mübarizesidir. Ve bele olduğu halda elbette ki, indi en çetin veziyyete düşen Nikol Paşinyandır. O bir yandan özü müraciet edib Avropa İttifaqına ki, bize çevik fealiyyət gösteren bir deste lazımdır. Yəni burada Moldovanın da o modeli hardasa canlandırılır ki, seçkide bu qalib gelsin. Ancaq bir de deyirem, eger bu çevik deste gelib çevik hereketlere yol verecekse, demeli bu seçki ile bağlıdır. Amma beledirse bes onda niye iki illik müddet bunun üçün müeyyen elemisen? Bax bu anlaşılan deyil.
Men ele başa düşürem ki, burada Ermenistanın siyasi qüvveleri onlar bele deyek de yeni hiylelerle bağlı bir konfiqurasiya qururlar ki, ne şiş yansın ne kabab. İlk növbede Azərbaycanı inandırsınlar ki, güya bu bizim maraqlarımıza toxunmayacaq. Diger terefden men fikir verirem görürem ki, bu Zengezur dehlizi ile bağlı Ermenistan metbuatında çıxış eleyen bütün siyasiler, ekspertler bir ucdan deyirler ki, Azerbaycanın bu meseleye daxli yoxdur. Biz Amerika Birleşmiş Ştatları ile 8 Avqustda danışmışıq. Yəni bele çıxır ki, güya Azerbaycan burada nece deyim bir tesadüfi bir aktordur. Amma eslinde bu prosesin ele yaradıcısı da, memarı da Azerbaycandır, Prezident İlham Eliyevdir ve o açıq aşkar bildirirdi ki, biz artıq bax 8 Avqustdan sonra yeni bir nefes aldıq. Ve bu nefes de bize onu gösterir ki, biz sengimeden herekete keçmeliyik ve meqsede, hedefimize çatmalıyıq”.

Günel Elxan