"Tramp, Hörmüzdə mina yerləşdirən gəmilərin batırılmasını əmr edib" Gündəm

"Tramp, Hörmüzdə mina yerləşdirən gəmilərin batırılmasını əmr edib"

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında mina yerləşdirməyə çalışan istənilən gəminin batırılmasını əmr edib və həmçinin ərazidə mina təmizləmə işlərini gücləndirib.

Xalqcebhesi.az xəbər verir ki, o, bu barədə "Truth Social"da yazıb.

Ağ Ev rəhbəri bildirib ki, "Mən ABŞ Hərbi Dəniz Qüvvələrinə Hörmüz boğazının sularında mina yerləşdirən istənilən gəmini, nə qədər kiçik olursa olsun (donanmadakı 159 gəminin hamısı dənizin dibindədir) vurub məhv etməyi əmr etmişəm". "Bundan əlavə, minaaxtaran gəmilərimiz artıq boğazı minalardan təmizləyir. Bununla bu səylərin davam etdirilməsini, lakin üçqat intensivliklə aparılmasını əmr edirəm", - deyə o əlavə edib.

Məryəm Quliyeva