“Azərbaycan regionda geosiyasi reallığı tam dəyişdi” Siyasət

“Azərbaycan regionda geosiyasi reallığı tam dəyişdi”

“Həm 44 günlük Vətən müharibəsi, həm 2023-cü ilin antiterror əməliyyatı göstərdi ki, Azərbaycan regionda geosiyasi reallığı tam dəyişib”.

Bunu xalqcebhesi.az-a politoloq Rizvan Hüseynov söyləyib.

R.Hüseynov bildirib ki, bu geosiyasi reallığı dəyişdirən tək müharibədə qalib olmaq deyil, Azərbaycan həmçinin də sülh təklifi edib: “Yəni sülh təklifi də Azərbaycandan irəli sürülüb. Azərbaycan həm savaşda qələbə qazandı, həm də sülh prosesini faktiki olaraq beynəlxalq vasitəçilər olmadan ortalığa gətirən tərəf oldu. İndi əsas məsələ sülh danışıqlarında tam qalib gəlmək, yəni regionda sülhü tam bərqərar etməkdir. Bu istiqamətdə Bakı ilə İrəvan lazımi addımları atırlar. Mənə görə sülhün əsas dayağı iki ölkə arasında iqtisadi əlaqələr, nəqliyyat, tranzit əlaqələrinin gücləndirilməsidir”.

Röya İsrafilova