13:44
420
ABŞ və İsrailin hər hansı hücumuna İranın cavabı elə olacaq ki, raketlərin mənzili Avropanı da əhatə edəcək, neftin qiyməti isə 150 dolları keçəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Məclisin (birpalatalı parlament) deputatı Hüseynəli Hacı Deligani bəyan edib.
"ABŞ və sionist rejim (İsrail nəzərdə tutulur) tərəfindən hər hansı dağıdıcı əməl və ya hücum başlanacağı təqdirdə, İran İslam Respublikasının cavabı elə olacaq ki, cavab raketlərinin mənzili Avropanı da əhatə edəcək və bu, neftin qiymətinin 150 dollar həddini keçməsinə gətirib çıxaracaq", - deyə o, İranın "Tasnim" agentliyinə müsahibəsində bildirib.
Deputatın sözlərinə görə, İran "strateji reaksiya" verəcək: cavab sadəcə mütənasib deyil, Coğrafi məhdudiyyətlər nəzərə alınmadan genişmiqyaslı və dəfələrlə güclü olacaq. O qeyd edib ki, İranın dəniz blokadası ABŞ tərəfindən yüzlərlə mil məsafədə həyata keçirilir, lakin bu, ölkəyə qarşı müharibə kimi qiymətləndirilir və uyğun məqamda hazırlanmış silahlardan istifadə etməklə düşmənə zərbə endiriləcək.
Məryəm Quliyeva