14:17
413
İsrailin "Duvdevan" xüsusi təyinatlı bölməsinin döyüşçüləri İsrail vətəndaşlarına və SАХАL (İsrail Müdafiə Qüvvələri) hərbçilərinə qarşı hücumlar hazırlamaqda şübhəli bilinən üç nəfəri saxlayıblar.
Xalqcebhesi.az xəbər verir ki, SАХАL və ŞABAK-ın mətbuat xidmətlərinin verdiyi məlumata görə, əməliyyat bu həftə İordan çayının qərb sahilindəki Binyamin dairəsində yerləşən Əl-Amari, Ər-Ram və Əl-Birə kəndlərində keçirilib.
Həbslər İsrailin Ümumi Təhlükəsizlik Xidmətinin (ŞABAK) kəşfiyyat məlumatları əsasında həyata keçirilib.
Saxlanılan şəxslərin hər üçü dindirilmək və sonrakı təhqiqat aparılmaq üçün təhlükəsizlik qüvvələrinin əməkdaşlarına təhvil verilib.
Məryəm Quliyeva