“Cənab Prezidentin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizi yenidən canlandırırıq” Siyasət

“Cənab Prezidentin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizi yenidən canlandırırıq”

“Azərbaycan dövləti, xalqı Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında çox böyük bir tarixi uğura imza atıb, zəfər qazanıb və təkcə zəfər qazanmaqla qalmayıb Qarabağ və Şərqi Zəngəzur boyda ərazini minalardan təmizləyir. O ərazilər minalardan çirklənmiş ərazi idi. Həmin ərazilərdə quruculuq, bərpa, tikinti işləri həyata keçirilir, böyük layihələr gerçəkləşdirilir. Prezident İlham Əliyev bu işləri şəxsən nəzarətdə saxlayır, Mehriban xanım Əliyevanın, Heydər Əliyev Fondunun bu işdə böyük əməyi və zəhməti var”.

Bu sözləri xalqcebhesi.az-a “Müasir İnkişaf” İctimai Birliyinin sədri, Crossmedia.az saytının baş redaktoru, siyasi şərhçi Mübariz Göyüşlü söyləyib.

M.Göyüşlü vurğulayıb ki, həmin ərazilərdə təkcə infrastruktur bərpa olunmur, həm də vaxtilə məcburi köçkün salınmış, zorla öz yurd-yuvasından didərgin düşmüş əhalimiz, sakinlərimiz ora qayıdırlar: “Qarabağ və Şərqi Zəngəzur dirçəlir, canlanır. Yenidən orada həyat qaynayır, yenidən biz toy-büsat səsləri eşidirik. Övladlar dünyaya gəlir, gənclər, uşaqlar məskunlaşırlar, məktəbə gedirlər. Biz orada təhsil həyatını müşahidə edirik. Mədəni, mənəvi həyat, tikinti-quruculuq işləri - bütün bunlar hamısı böyük bir məsələlər, böyük fəaliyyətlərdir. Azərbaycan dövləti bu işləri təkbaşına həyata keçirir, həmçinin də öz qardaş dövlətləri ilə bir yerdə. Özbəkistan, Qazaxıstan, Türkiyə, Türkmənistanın da köməyini qeyd etmək lazımdır. Lakin əsas işləri Azərbaycan dövləti özü həyata keçirir və cənab Prezidentin rəhbərliyi, tapşırığı ilə biz o əraziləri yenidən canlandırırıq”.

Röya İsrafilova