İsrail ABŞ yardımının dayandırılmasını "tərəfdaşlıq" adlandırıb Dünya

İsrail ABŞ yardımının dayandırılmasını "tərəfdaşlıq" adlandırıb

İsrail Baş naziri Binyamin Netanyahunun ofisi ABŞ Prezidenti Donald Trampın yəhudi dövlətinə illik 4 milyard dollar həcmində maliyyə dəstəyinin dayandırılması barədə bəyanatına münasibət bildirib. Netanyahu idarəsi bu addımı yardımdan tərəfdaşlığa keçid kimi qiymətləndirib.

Xalqcebhesi.az -ın məlumatına görə, Netanyahunun idarəsinin "X" sosial şəbəkəsində yayımladığı bəyanatda vurğulanır ki, Baş nazir Netanyahu və Prezident Tramp tərəfindən təşəbbüs edilən yardımdan tərəfdaşlığa keçid ikitərəfli münasibətlərin gücünü, təkmilliyini, eləcə də zamanla uyğunlaşmaq və möhkəm qalmaq qabiliyyətini nümayiş etdirir. Sənəddə qeyd olunub ki, ABŞ-nin İsrailə hərbi yardımı həmişə iki partiyanın (respublikaçılar və demokratlar) razılaşmasının nəticəsi olub. İsrail bu köməkdən həm özünü müdafiə etmək, həm də Amerikaya və Qərbə təhdid yaradan düşmənlərə qarşı durmaq üçün istifadə edib. Həmçinin əlavə olunub ki, bu gün İsrail güclü və sabit iqtisadiyyata malikdir.

Məryəm Quliyeva