15:20
700.jpg)
Şotlandiyanın Qlazqo şəhərində Tonqal Gecəsinin (Bonfire Night) qeyd olunması zamanı baş verən iğtişaşlardan sonra yeddi nəfər həbs olunub. Ölkənin bir sıra rayonlarında naməlum şəxslər polis, tibb işçiləri və yanğınsöndürənlərə tərəf atəşfəşanlıq raketləri atıblar, polis avtomobillərindən birini isə yandırıblar.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Ən ciddi insidentlərdən biri Qrinsayd küçəsində baş verib. Polis əməkdaşları və təcili yardım briqadası yaralı kişi barədə daxil olan məlumat üzrə oraya gəlsələr də, özləri atəşfəşanlıq raketlərinin hədəfinə çevriliblər.
Hücum nəticəsində polis avtomobili alovlanıb və ciddi zərər görüb, təcili yardım əməkdaşlarından biri isə yüngül xəsarət alıb.
Hadisə yerinə polisin xüsusi təyinatlı bölmələri cəlb olunub, bir kişi həbs edilib. İnsidentlə bağlı təhqiqat davam edir.
Məryəm Quliyeva