"Fox News": ABŞ noyabrın 9-da İrana zərbələri bərpa edə bilər Dünya

"Fox News": ABŞ noyabrın 9-da İrana zərbələri bərpa edə bilər

ABŞ noyabrın 9-nu İrana zərbələrin bərpa olunması üçün potensial tarix kimi nəzərdən keçirir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Fox News" telekanalı mənbələrə istinadən məlumat yayıb.

Telekanalın həmsöhbətləri bildiriblər ki, həmin gün Yaxın Şərqdə təzə ay fazası başlayır. Bu isə ay işığının olmaması deməkdir və gecə hərbi əməliyyatlarının keçirilməsi üçün əlverişli şərait yaradır.

Qeyd olunub ki, noyabrın 4-5-də Ağ Evdə İrana zərbələrin bərpa edilib-edilməməsi məsələsi ətrafında müzakirələr aparılıb.

Məryəm Quliyeva