Litvada Bundesverin 6 min hərbçisinin iştirakı ilə təlimlər keçirilir Dünya

Litvada Bundesverin 6 min hərbçisinin iştirakı ilə təlimlər keçirilir

Litvanın iki poliqonunda Bundesverin (Almaniya Silahlı Qüvvələri) 6 min əsgərinin iştirakı ilə təlimlər keçirilir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Baltik respublikası ordusunun komandanlığı məlumat yayıb.

"Təlimlərə Bundesverin 10-cu tank diviziyasına təhkim olunmuş 45-ci "Lietuva" motatıcı briqadasının və 37-ci "Saksoniya" motomatıcı briqadasının 6 min nəfərlik şəxsi heyəti cəlb edilib", - deyə məlumatda bildirilir.

Dekabrın 3-dək davam edəcək təlimlərə bu bölmələrlə yanaşı, Litvada yerləşdirilmiş NATO-nun qabaqcıl bazalaşma birləşmiş batalyonunun döyüş qrupu - Belçika, Almaniya, Lüksemburq, Niderland, Norveç, Çexiya və Xorvatiya əsgərləri də cəlb olunub.

"Freedom Shield 26-II" təlimləri Litva ordusunun Pabradedəki mərkəzi poliqonunda, "Grand Eagle 26" təlimləri isə Rudninkay yaşayış məntəqəsi yaxınlığındakı poliqonda keçirilir. Hər iki poliqon Belarus ilə sərhədin yaxınlığında yerləşir.

Məryəm Quliyeva