Güney Azərbaycan əhalisinə qarşı daha bir ayrı-seçkilik Güney Azərbaycan

Güney Azərbaycan əhalisinə qarşı daha bir ayrı-seçkilik

İranda fevralında 2-də əhali arasında pulsuz ərzaq səbəti paylanıldı. Qərara əsasən novruz bayramına qədər daha bir pulsuz ərzaq səbəti paylanılacaq. Pulsuz ərzaq səbəti bir qədər düyü, duru yağ, yumurta, pendir, toyuq əti və kərə yağından ibarətdir. Bu səbət yaşayış şəraiti aşağı olan iranlılar üçün nəzərdə tutulur.
Lakin diqqət çəkən məqam ondan ibarətdir ki, nüvə ambisiyalarına görə, xeyli müddətdən bəri Qərbin sanksiyalarına məruz qalan İranda elə bir sosial vəziyyət yaranıb ki, bir neçə kilo pulsuz ərzaq üçün əhali soyuq hava şəraitində uzun növbələrdə saatlarla gözləyiblər.
Məlumata görə hətta səbətlər paylanan zaman uzun növbələrdə gözləyənlərdən 2-si ölüb. Hadisə Kirmanşahda və Tehranda qeydə alınıb.
Əsas məsələ isə ondan ibarətdir ki, Tehran bu məsələdə də ayrı-seçkiliyə yol verib. Azərbaycanlı təqaüdçülərin və işçilərin 80%-i pulsuz ərzaq səbəti almaqdan məhrum edilib. Şərqi Azərbaycan vilayətinin Həmkarlar Evinin icra məsulu Kərim Sadiqzadə buna etirazını bildirib.