Tehran hökuməti azərbaycanlı millət vəkillərini Azərbaycan Respublikasına qarşı danışdırır Güney Azərbaycan

Tehran hökuməti azərbaycanlı millət vəkillərini Azərbaycan Respublikasına qarşı danışdırır

İran parlamentinə təyin edilmiş iki nümayəndə Azərbaycan Respublikasını İranda törədilən terrora görə ittiham ediblər.

İranda etiraz nümayişlərinin davam etdiyi bir vaxtda Tehran hakimiyyəti ictimai rəyi çaşdırmaq üçün İran təhlükəsizlik qurumları tərəfindən planlaşdırıldığı deyilən terror aktlarına görə qonşu ölkələri günahlandırır.

Təbrizdən İran parlamentinə göndərilən Ruhullah Mütəfəkkir Azad təhlükəsizlik qurumlarının iddialarına uyğun olaraq, Şirazın Şahçıraq ziyarətgahında baş verən terror aktını Azərbaycan respublikası ilə əlaqələndirməyə çalışıb.

"Şahçıraq terror əməliyyatına və təkfirçi terrorçuların bir neçə uğursuz əməliyyatına rəhbərlik Arazın o tayında, Azərbaycan Respublikası ərazisindən anti-regional sionist agentlərin mövcudluğunun nəticəsidir",-millət vəkili iddia edib.

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərindən İran parlamentinə göndərilmiş Vəhid Calalzadə də oxşar fikirlər səsləndirməklə yanaşı Zəngəzur dəhlizinin İranın qırmızı xətti olduğu barədə Tehran rəsmilərinin iddialarını təkrar edib.

O, İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyinn Xarici İşlər Nazirliyi vasitəsilə Azərbaycan tərəfinə çatdırıldığını və bundan sonra İranın Azərbaycan Respublikası qarşısı mövqeyinin əvvəlkilər kimi yumuşaq olmayacağını söyləyib.

Oktyabrın 26-da İranın Fars əyalətinin mərkəzi Şirazdakı ziyarətgahda terror aktı törədilib və 15 nəfər ölüb, 40 nəfər yaralanıb.

Baş verən terror aktına görə məsuliyyəti İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşması üzərinə götürüb.

Gunaz.tv