Tayvanın Avropa açılımı: Aİ Pekinə qarşı sərhədi harada çəkəcək?
11 Sentyabr 19:39
11 Sentyabr 19:39
11 Sentyabr 17:47
11 Sentyabr 14:25
11 Sentyabr 12:25
28 Noyabr 2022 12:02
5 593
Evin zindanında saxlanılan Tehran Avtobus Şirkəti İşçilərinin Həmkarlar İttifaqı İdarə Heyətinin üzvlərindən olan Rza Şəhabinin sağlıq durumu ağırlaşdığı üçün xəstəxanaya yerləşdirilib.
Şəhabinin üzvü olduğu Həmkarlar İttifaqından bildiriblər ki, həkimlər onun durumunun ağır olduğunu və təcili əməliyyat edilməsinin vacibliyini deyiblər.
Rza Şəhabi bundan öncə həbs edildiyi zaman məmurlar tərəfindən döyüldüyü üçün fəqərə sütunu və boyun nahiyəsindən ağır xəsarət alıb.
Mayın 12-də həbs edilən fəal əslən Şərqi Azərbaycan əyalətinin Şəbistər şəhərindəndir və Tehran Avtobus Sürücüləri Birliyinin fəal üzvüdür.
O, saxlanıldıqdan sonra təcridxanaya köçürülüb və təhlükəsizlik məmurları tərəfindən işgəncə edilərək dindirilib.
Rza Şəhabi bundan öncə dinc fəaliyyətlərinə görə 6 il məhkumluq həyatı yaşayıb.
Gunaz.tv
10 Sentyabr 13:43
1 694
10 Sentyabr 11:43
1 736
10 Sentyabr 11:26
1 701