9 Sentyabr 23:45
9 Sentyabr 23:12
13:43
343
Təbrizin "Traktor" futbol komandası İranda birinci, Asiyada beşinci və dünyada 191-ci yeri tutub.
Gunaz.tv
Bu haqda "DataMB Futbol" məlumat yayıb.
"Traktor" 1555 xalla digər İran klublarından daha yüksəkdə dayanıb.
Bununla yanaşı İranda müvafiq olaraq 1542 xalla "Sepahan", 1541 xalla "Persepolis" və 1512 xalla "İstiqlal" inövbəti yerləri tutublar.
Asiya cədvəlində yalnız Səudiyyə Ərəbistanının "Əl-Hilal", "Əl-Nəsr" və "Əl-Əhli", Yaponiyanın "Kaşima Antlers" komandaları "Traktor"dan irəlidədirlər; Qətərin "Əl-Sədd" komandası da altıncı yerdədir. Bu reytinq 6 sentyabr tarixində keçirilən matçlardan sonra yenilənib.
Qeyd edək ki, xallar klubların rəsmi yarışlardakı nəticələri və performansı, rəqabət səviyyəsi və rəqiblərin nisbi gücünə əsasən hesablanır; belə ki, güclü komandalara qarşı qələbə daha çox xal gətirir və zəif nəticələr və ya məğlubiyyət komandanın xallarını azaldır.
11:43
602
11:26
546
7 Sentyabr 12:08
1 841