Traktor Klubundan zəlzələdən zərər görənlərə dəstək Güney Azərbaycan

Traktor Klubundan zəlzələdən zərər görənlərə dəstək

Təbrizin Traktor Futbol Klubu qarşıdakı oyununda satılacaq biletlərin pulunu Xoy zəlzələsində zərər görmüş azərbaycanlılara yardım edəcək.

Gunaz.tv

Bu barədə Traktor Klubunun özünün saytında yaydığı elanda bildirilib.

Qeyd edək ki, Traktor futbol komandası fevralın 2-də Xuzistan əyalətinin "Fulad" futbol komandası ilə qarşılaşacaq.

Qeyd edək ki, əlaqədar dövlət qurumlarının xəsarət alanların yerləşdirilməsi ilə bağlı iddialarına baxmayaraq, yerli əhali və internet istifadəçiləri əjalinin acınacaqlı durumda olduğu barədə çox saylı paylaşımlar edirlər.

Hökumətin yetərli tədbirlər görmədiyinə görə, Güney Azərbaycanın müxtəlif bölgələrindən, o cümlədən Təbriz, Urmu, Ərdəbil və başqa şəhərlərdən könüllülər xəsarət alanlara yardımlar toplamağa başlayıblar.