
Tehran-Putin görüşü: Yaxın Şərq müzakirə olundu
23 İyun 17:36
23 İyun 17:36
23 İyun 17:02
23 İyun 16:51
Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri, Ərdəbil şəhərində yaşayan Məhəmməd Yusifi həbsdən azad edilib.
Gunaz.tv
Güneydən verilən məlumata görə, həbs ediləndən sonra ilk 6 günü Tehrandakı Evin həbsxanasının 240-cı bölümündə təkadamlıq kamerada saxlanılıb.
Daha sonra milli fəal həbsxananın 209-cu bölümünə köçürülüb və 7 gün orada digər məhbuslarla bir yerdə saxlanılıb.
Araşdırmalardan sonra sonra günahı sübutu edilməyən Məhəmməd Yusifi azadlığa buraxlıb.
Qeyd edək ki, o, fevralın 10-da saxlanılmışdı.
Yaxınlarının verdiyi məlumata görə, fevralın 20-i səhər saat 10-da Ərdəbil şəhərinin polis əməkdaşları onun yaşadığı mənzilə gediblər.
O, evdə olmadığı üçün anasından onun polisə müraciət etməsini istəyiblər.
Saat 11-də evə gələn Məhəmməd Yusifi saat 11-30-da polis bölməsinə gedib.
12:30 radələrində Ərdəbil məhkəməsinə aparılan Məhəmməd Yusifi saat 15.00 radələrində bir polkovnik və bir əsgərin müşayiəti ilə avtobusla Tehrana göndərilib.
Məhəmməd Yusifi gecə saat 23:30-da Tehranın Evin zindanına aparıldığı barədə anasına məlumat verib.
Fevralın 21-i səhər saat 08:00 radələrində yenidən anasına zəng edən Yusifi artıq Evin zindanına çatdıqlarını bildirib.
O, hakimiyyətə qarşı təbliğatda aparmaqda ittiham edilirdi.
Qeyd edək ki, Məhəmməd Yusifi GünazTV-nin təsisçisi, Amerikada mühacirətdə yaşayan siyasi fəal Əhməd Obalının bacısı oğlu, Günaz.TV-nin Bakı ofisinin rəhbəri Araz Obalının qardaşıdır.