"Hədis" animasiya filmi Onsi Beynəlxalq Festivalına qəbul edilib Güney Azərbaycan

"Hədis" animasiya filmi Onsi Beynəlxalq Festivalına qəbul edilib

İranda etiraz aksiyalarında hökumət məmurları tərəfindən öldürülən gənc şairə Hədis Nəcəfi barədə hazırlanan animasiya filmi Fransada keçirilən animasiya filmləri festivalına qəbul edilib.

Gunaz.tv

Animasiya filminin rejissoru Azərbaycan Respublikasından Nəzrin Ağamaliyevadır.

"Bu layihə mənim üçün xüsusi əhəmiyyət kəsb edirdi, çünki o, 21 sentyabr 2022-ci ildə İran təhlükəsizlik qüvvələri tərəfindən öldürülən Hədis Nəcəfinin xatirəsini yad edir və İranda gender, etnik və mədəni ayrı-seçkiliyə qarşı mübarizə aparanlara həsr olunub.

Bu film maarifləndirməni artıracaq və dünyada müsbət dəyişikliklərə ilham verəcək",- azərbaycanlı rejissor Nəzrin Ağamaliyeva bildirib.

Qeyd edək ki, sentyabrın 21-ü gecə saatlarında Kərəc şəhərinin "Erəm" buvarında keçirilən dinc etiraz aksiyası zamanı azərbaycanlı gənc şairə və ədəbiyyatçı Hədis Nəcəfi hökumət məmurlarının bir başa atəşi nəticəsində həyatını itirib.