24 May 2023 16:06
8 610
Ərdəbil şəhərində böyük ərazini əhatə edən yaşıllıq zolağı dağıdılır. Bu barədə ətraf mühit və sosial media fəalları məlumat yayıb.
Onların sözlərinə görə, şəhərin Bəsic meydanının yaxınlığında yerləşən "Səminejad" və "Şəriət bağı" kimi tanınan 9 hektar ərazidə olan uzun ömürlü ağaclar kəsilərək məhv edilir.
Ətraf mühit fəalları xüsusilə son illər Ərdəbildə yaşıllıq zolaqlarının məhv edildiyini və şəhərin ekoloji durumunun günü-gündən ağırladığını bildirirlər.
Bundan öncə bələdiyyə idarəsi yaşıllıq zolağının park kimi istifadəyə veriləcəyini bildirsə də, bu baş tutmayıb.
Bağ hasara alındıqdan qısa müddət sonra oradakı ağacları kəsməyə başlayıblar.
1 May 18:40
2 625
30 Aprel 09:20
2 982
29 Aprel 12:19
3 178