29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
25 İyun 2024 11:04
7 469
İran Rabitə Nazirliyinin təqaüdə çıxmış təbrizli işçiləri etiraz aksiyası keçiriblər.
Gunaz.tv
Bu barədə onlar sosial media kanallarında məlumat yayıblar.
Rabitə Nazirliyinin yerli idarəsi qarşısına toplaşan təqaüdçülər pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər.
Bununla yanaşı Qəzvin əyalətində müflis olmuş “Rezayət Xodro” şirkətinin aldadılmış səhmdarları da etiraz aksiyası keçiriblər.
Etirazçılar əyalət valiliyinin binası qarşısında və Naderi küçəsində toplaşaraq oturaq aksiyaya əl atıblar.
Aldadılmış azərbaycanlı səhmdarlar aksiyada “Rəhbər (Xameneyi) oğurladı, hökumət dəstəklədi!” şüarı səsləndiriblər.
Qeyd edək ki, adı çəkilən avtomobil şirkəti minlərlə qəzvinlinin pulunu alsa da, illərdir onların avtomobillərini təhvil verməkdən imtina edir.
Bundan əvvəl bir neçə dəfə oxşar aksiya keçirilsə də, qəzvinlilərin nə avtomobilləri, nə də pulları qaytarılır.
28 Avqust 10:48
1 750
25 Avqust 11:15
2 898
25 Avqust 11:13
2 786