29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
24 Yanvar 2025 12:11
10 486
İki azərbaycanlı milli fəal Səməd Heydəri və Rıza Səlimi 2024-cü il yanvar 24-də kəşfiyyatçılar tərəfindən həbs edilib.
Gunaz.tv
Günaz TV-yə məlumatlı mənbə bildirib ki, həbsə səbəb Təbriz prokuroru Məhbub Əlilinin iki azərbaycanlı fəala qarşı xüsusi şikayət ərizəsi yazması olub və kəşfiyyatçılar bu şikayət əsasında Səməd Heydəri və Rıza Səlimi həbs ediblər.
Qeyd edək ki, Təbriz prokuroru Məhbub Əlili İran Kəşfiyyat Nazirliyində azərbaycanlı fəallara qarşı işlərin qurulmasında və Azərbaycan milli hərəkatının yatırılmasında əsas fiqurlardan biridir.
Xatırladaq ki, Səməd Heydəri daha əvvəl 2023-ci il martın 13-də Azərbaycanın Traxtor və Tehranın Havadar komandaları arasında keçirilən oyun başa çatdıqdan sonra Əmin Tağızadə və Hadi Gözəli adlı digər iki azərbaycanlı fəalla birlikdə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi.
2024 cü ilin may ayında Təbriz Xalq və İnqilab Prokurorluğunun 15-ci İstintaq Şöbəsi bu üç azərbaycanlı türk fəalın mühakimə olunmasını bir il müddətinə dayandırıb. Qərarda həmçinin bildirilir ki, onlara bir il ərzində “ictimai rəyi pozacaq” hər hansı toplantıda iştirak etmək qadağan edilib.
28 Avqust 10:48
1 645
25 Avqust 11:15
2 807
25 Avqust 11:13
2 695