Azərbaycanlı millət vəkili: Dövlət Urmu gölü böhranını kontrola almağa borcludur Güney Azərbaycan

Azərbaycanlı millət vəkili: Dövlət Urmu gölü böhranını kontrola almağa borcludur

Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Ramazan bayramında namaz qılan əhalinin qarşısında bir çox önəmli məsələdən danışıb.
İraqda gedən savaşdan söhbət açan Nadir Qazipur bu ölkənin parçalanmasının qəbuledilməz olduğunu vurğulayaraq Qərbi Azərbaycan Vilayəti (ostan) və Urmu gölü məsələsinə də xüsusi toxunub:
"Urmu gölü böhranına təhlükəsizlik məsələsi kimi baxılmamalıdır və onun durumuna diqqət yetirilməlidir. Ona görə ki, bu məsələ həm əhalinin və həmdə yerli məsulların tələbidir. Lakin Urmu gölünü qurtarmaq bəhanəsi ilə əkinçiliyə ziyan vurulmamalıdır. Bu vilayətin iqtisadiyyatı əkinçiliyə söykənir və hətta mövcud olan kiçik sənaye də bir növ əkinçiliklə əlaqədardır. Əkinçilik ziyan görərsə bu bölgəni işsizlik bürüyər və bir çox ictimai problemlər yaranar.
Urmiyə dəmiryolunun 1388-ci ildə (hazırda İranda hicri-şəmsi tarixi ilə 1393-cü ildir) açılışı olmalı idi, lakin hər il müxtəlif bəhanələrlə bu layihə geriyə atılır. Sero caddəsi yalnız 50 kilometrdən ibarətdir, ama 23 ildir bu caddə tikilib qurtarmır. Urmiyə-Mahabad caddəsi də 30 ildir magistral (dobande) yol olmalıdır, lakin bu da hələ başa çatmayıb. Bütün bunlar yalnış idarəçiliyin əlamətidir və böyük təəssüf doğurur.