İranda İŞİD qorxusu... Güney Azərbaycan

İranda İŞİD qorxusu...

Güney Azərbaycanın Qərbi Azərbaycan ostanının təhlükəsizliyi barədə müxtəlif xəbərlər yayılır. Belə ki, son günlərdə İraqın bir çox məntəqəsini kürd terrorçularından azad edən İslam Xilafət ordusunun (İraq və Şam İslam Dövləti) Urmiyə ətrafındakı kürd kəndlərində də göründüyü, kürd terrorçuları və İranın təhlükəsizlik qüvvələri ilə qarşıldurmaya girdiyi barədə bir neçə xəbər yayılıb. Xilafət ordusunun komandirləri də yayılan xəbərləri təsdiqləyiblər. Odur ki, İranın "İslam" İnqilabı Keşikçilər Korpusunun (SEPAH) silahlı və silahsız üzvlərinin hazır vəziyyətə gətirilib.
SEPAH Urmiyə şəhərinin xiyabanlarında parad (rejə) keçirərək əzələ nümayiş etdirib. Şərhçilərin fikrinə görə, SEPAH-ın anti-iğtişaş qüvvələrinin paradı "Beytul-Müqəddəsdə namaz qılmaq üçün irəliyə" adı altında keçirilsə də, paradın məqsədi əslində bununla əlaqədar deyil və bilavasitə son hadisələrlə bağlıdır.
Deyilənlərə görə, Urmiyə şəhərinin ətrafında SEPAH qüvvələrinin sayı artırılıb və onlar şəhər ətrafında öz mövqelərini gücləndiriblər.
Qərbi Azərbaycan Vilayətində (ostan) xüsusilə də Urmiyədə kürd terroristlərinin də aktivləşməsi müşahidə olunur. Keçən həftələrdə Urmiyədə "Pjak" terror təşkilatı ilə əməkdaşlıqda ittiham olunan bir neçə iranlı və iraqlı kürd təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb.