7 Aprel 2021 14:53
4 690
Germi şəhərinin İran parlamentindəki nümayəndəsi Vəli İsmaili əyalətlərə büdcə bölgüsündə Ərdəbilə qarşı haqsızlıq edildiyini bildirib.
“Bir sıra nazirlər və ölkə məsulları Ərdəbilə qarşı hədsiz zülm ediblər, bunu mətbuatda yayınlayacağım sənədlərlə sübut edəcəyəm”-deyə o, bildirib.
Vəli İsmaili “Mehr” xəbər agentliyinə verdiyi müsahibədə ötən il dövlət budcəsindən əyalətlər üçün ayrılan vəsaitdən Ərdəbilin payının inanılmaz dərəcədə az olduğunu, bunun əyalətdə, xüsusilə Germi kimi məhdud imkanlara malik olan bölgələrdə yoxsulluğun artmasına gətirib çıxardığını deyib.
“Bütün sahələrdə bu ədalətsiz büdcə bölgüsünə görə müxtəlif bölgələrdə fərqli inkişafın şahidi oluruq”-millət vəkili bildirb.
Bundan öncə bir sıra azərbaycanlı məsul şəxslər və millət vəkilləri ötən ilin dövlət büdcəsindən Şərqi Azərbaycan əyalətinə ayrılan vəsaitin az olduğunu tənqid etmiş, belə büdcə bölgüsünü “komediya” adlandırmışdılar.
Gunaz.tv
16 İyul 15:54
2 240
16 İyul 15:53
1 876
16 İyul 15:52
1 918