Həmədanda ağır yol qəzası baş verib- ölən və yaralananlar var Güney Azərbaycan

Həmədanda ağır yol qəzası baş verib- ölən və yaralananlar var

Baş verən yol qəzasında ölənlərdən biri azyaşlı uşaqdır.

Həmədan yol polisi idarəsinin rəisi polkovnik Rza Əzizi bu gün səhər saatlarında əyalətin Nəhavənd-Kəngavər yolunda ağır yol qəzasının baş verdiyini bildirib.

Onun sözlərinə görə, gecə saat 00:50-də Benz markalı yük maşını ilə Pejo markalı minik avtomobilinin toqquşması nəticəsində 2 nəfərin ölüb, 4 nəfərin isə ağır yaralanıb.

Polis rəisi ölənlərdən birinin azyaşlı uşaq olduğunu söyləyib.

Nəhavənd-Kəngavər yolu Həmədan əyalətinin ən təhlükəli və çox sayda qəzaların baş verdiyi yol hesab edilir. İllərdir yolun genişləndirilməsi və standartlara uyğunlaşdırılması ilə bağlı vədlər verilsədə. bu günə kimi heç bir əməli addım atılmayıb.

Əyalətin ən işlək yollarından biri olan və üzərində çox sayda yaşayış məntəqələri olan Nəhavənd-Kəngavər yolu hər il çox sayda insanın həyatının itirilməsinə səbəb olur.

Gunaz.tv