“Ocaq Sport” klubunun bədii gimnastika üzrə açıq birinciliyi: Qalib və mükafatçıların adları açıqlanıb İdman

“Ocaq Sport” klubunun bədii gimnastika üzrə açıq birinciliyi: Qalib və mükafatçıların adları açıqlanıb

Bədii gimnastika üzrə "Ocaq Sport" klubunun 1-ci açıq birinciliyinin yekun yarış gününün ikinci yarısının nəticələrinə əsasən fərdi proqramda çıxış edən 2012, 2011, 2010 və 2007-2009-cu il təvəllüdlü idmançılar arasında qalib və mükafatçılar müəyyənləşib.

Trend-in məlumatına görə, eləcə də 2010-2011-ci il təvəllüdlü idmançıların daxil olduğu qrup hərəkətləri üzrə komandalar arasında qalib və mükafatçıların adları məlum olub.

D qrupunda çıxış edən 2012-ci il təvəllüdlü idmançılar arasında alətsiz hərəkətlər proqramında Aysu İsmayılova (“Ocaq Sport” klubu) birinci, Leyli Nağızadə və Nailə Muradova (Bakı Gimnastika Məktəbi) ikinci, Aidə Əliyeva (Bakı Gimnastika Məktəbi) üçüncu yeri tutub.

A qrupunda çıxış edən 2012-ci il təvəllüdlü gimnastlar arasında çoxnövçülükdə ən yaxşı nəticəni Aysel Rzayeva göstərib, ikinci yeri Zəhra Tahirova, üçüncü yeri isə Ləman Qədimova tutub. Bütün gimnastlar Bakı Gimnastika Məktəbinin yetirmələridir.

D qrupunda çıxış edən 2011-ci il təvəllüdlü gimnastlar arasında alətsiz hərəkətlər proqramında birinciliyin qızıl medalını Nigar Məmmədzadə (“Ocaq Sport” klubu), gümüş medalını Ayşən İsmayılova (Bakı Gimnastika Məktəbi), bürünc medalını Şamiləxanım Əlizadə (“Ocaq Sport” klubu) qazanıb.

C qrupunda çıxış edən 2011-ci il təvəllüdlü gimnastlar arasında çoxnövçülükdə Ayan Nəsirova (Bakı Gimnastika Məktəbi) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb, Röya Əlikişyeva (“Ocaq Sport” klubu) ikinci, Fatimə Zeynalova (“Ocaq Sport” klubu) üçüncü yeri tutub.

B qrupunda cıxış edən 2011-ci il təvəllüdlü idmançılar arasında çoxnövçülükdə Alina Kolesnikova (“Ocaq Sport” klubu) birinci, Röya Rəhmanlı (“Ocaq Sport” klubu) ikinci, Ayla İsgəndərli (“Respublika Kompleks İdman Məktəbi)” və Ayla İbrahimova ("Ocaq Sport" klubu).

D qrupunda çıxış edən 2010-cu il təvəllüdlü gimnastlar arasında alətsiz hərəkətlər proqramında Aylin İsmayılova (Bakı Gimnastika Məktəbi) və Türkan Həsənli ("Qrasiya" İdman Kompleksi) birinci, Mədinə Zeynalova (Bakı Gimnastika Məktəbi) ikinci yeri, üçüncü yeri isə Nərgiz Nərimanova (“Zirə” Mərkəzi) tutub.

C qrupunda çıxış edən 2010-cu il təvəllüdlü gimnastlar arasında çoxnövçülükdə ən yaxşı nəticəni Leyla Qaraşlı (“Qreys” İdman Kompleksi), Aidə Əzizova (“Zirə Center”) ikinci, Ayan Qafarzadə (“Zirə Mərkəzi”) üçüncü yeri tutub.

B qrupunda çıxış edən 2010-cu il təvəllüdlü gimnastlar arasında çoxnövçülükdə qızıl medalı Gülnar Rəsulzadə (“Ocaq Sport” klubu), gümüş medalı Gülər ​​Hacıyeva (Bakı Gimnastika Məktəbi), Salma İsmayılova ("Ocaq Sport" klubu) bürünc medal qazanıb.

A qrupunda çıxış edən 2007-2009-cu il təvəllüdlü idmançılar arasında çoxnövçülükdə Kamilla Seyidzadə ən yaxşı nəticə göstərib, Gövxar İbrahimova ikinci, Sofiya Məmmədova isə üçüncü yeri tutub. Gimnastlar “Ocaq Sport” klubunun heyətində çıxış edirlər.

2010-2011-ci il təvəllüdlü idmançıların daxil olduğu komandalar arasında çoxnövçülükdə birinci yeri "Ocaq 4" komandası, ikinci yeri Bakı Gimnastika Məktəbinin "BGM-3" komandası, üçüncü yeri isə "Ocaq-5" komandası tutub.