Mahir Məmmədov: Azərbaycan şahmatını daha da inkişaf etdirəcəyik İdman

Mahir Məmmədov: Azərbaycan şahmatını daha da inkişaf etdirəcəyik

Mənə göstərilən etimadı doğrultmağa çalışacağam.

AZƏRTAC xəbər verir ki, bu sözləri yenidən Azərbaycan Şahmat Federasiyasının prezidenti seçilən Mahir Məmmədov jurnalistlərə açıqlamasında deyib.

O, hesabat-seçki konfransında yaxşı heyət formalaşdırdıqlarını söyləyib: "Şahmatımızı daha da inkişaf etdirəcəyik. Bunun üçün hər bir şəraitimiz var".

Qeyd edək ki, Mahir Məmmədov səsvermə nəticəsində dörd il müddətinə AŞF-nin prezidenti, Faiq Həsənov federasiyanın birinci vitse-prezidenti, Yaqub Hüseynov və Bəxtiyar Məmmədov isə vitse-prezident seçiliblər.