
İran İsrailin hərbi planlarına qarşı xəbərdarlıq edib
15 İyul 17:09
15 İyul 17:09
15 İyul 16:27
15 İyul 15:43
15 İyul 12:33
"Zirə" Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama matçında qələbə qazanıb.
Xalqcebhesi.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda qardaş ölkə təmsilçisi "Çorum"la üz-üzə gəlib.
Fanatik Tur Meydançalarında baş tutan matç "qartallar"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bakı klubunun heyətində Abdul Aziz Batibie (60) və Şahmar Aşurov (71) fərqləniblər.
Komanda daha əvvəl Bakıda “Qarabağ”a qarşı keçirdiyi yoxlama matçında 0:4 hesabı ilə uduzub. Türkiyədə isə “Ankara Keçiörengücü”ndən (2:1) və İordaniyanın “Əl-Hüseyn” (1:0) komandasından üstün olub.
Qeyd edək ki, "Zirə" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Hayduk"la üz-üzə gələcək. Komandalar arasında ilk matç iyulun 23-də, saat 19:30-da "Bakcell Arena"da, cavab görüşü isə 31-də, Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.