UEFA Konfrans Liqası: "Sabah" Moldova klubunu məğlub edib - YENİLƏNİB-5 İdman

UEFA Konfrans Liqası: "Sabah" Moldova klubunu məğlub edib - YENİLƏNİB-5

"Sabah" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Moldovanın "Petrokub" klubunu məğlub edib.

"Report" xəbər verir ki, Kişineudakı "Zimbru" stadionunda keçirilən görüşdə Bakı klubu 2:0 hesablı qələbə qazanıb.

"Sabah"ın heyətində Pavol Şafranko (84-cü dəqiqə) və Kahim Parris (90-cı dəqiqə) fərqlənib.

Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 31-də Masazırdakı "Bank Respublika Arena"da keçiriləcək. Qarşılaşma saat 20:00-da start götürəcək.

22:50

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Petrokub" (Moldova) - "Sabah" (Azərbaycan) matçında ikinci qol vurulub.

"Report" xəbər verir ki, Kişineudakı "Zimbru" stadionunda keçirilən görüşdə Bakı klubu hesab arasındakı fərqi artırıb - 0:2.

Kahim Parris 90-cı dəqiqədə rəqib qapısına yol tapıb.

22:42

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Petrokub" (Moldova) - "Sabah" (Azərbaycan) matçında hesab açılıb.

"Report" xəbər verir ki, Kişineudakı "Zimbru" stadionunda keçirilən görüşdə Bakı klubu hesabda irəli çıxıb.

Pavol Şafranko 84-cü dəqiqədə fərqlənib.

21:05

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Petrokub" (Moldova) - "Sabah" (Azərbaycan) matçında ikinci hissə başlayıb.

"Report" xəbər verir ki, Kişineudakı "Zimbru" stadionunda keçirilən görüşdə hesab açılmayıb.

Qarşılaşmanı israilli FIFA referisi Qal Leyboviç idarə edir.

21:48

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Petrokub" (Moldova) - "Sabah" (Azərbaycan) matçında birinci hissə başa çatıb.

"Report" xəbər verir ki, Kişineudakı "Zimbru" stadionunda keçirilən görüşdə komandalar fasiləyə qolsuz bərabərliklə yollanıb.

Qarşılaşmanı israilli FIFA referisi Qal Leyboviç idarə edir.

21:00

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Petrokub" (Moldova) - "Sabah" (Azərbaycan) matçı start götürüb.

"Report" xəbər verir ki, görüş Kişineudakı "Zimbru" stadionunda keçirilir.

Qarşılaşmanı israilli FIFA referisi Qal Leyboviç idarə edir.