Zelenski və Uitkof Parisdə görüşüb Dünya

Zelenski və Uitkof Parisdə görüşüb

Volodimir Zelenski və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkof Parisdə ikitərəfli görüş keçiriblər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Zelenskinin nümayəndəsi Sergey Nikiforov məlumat verib.
"Zelenski Uitkof ilə görüşə yola düşdü. Hazırda görüş artıq başa çatıb", - deyə o, jurnalistlərə bildirib.
Zelenskinin Uitkof ilə keçirdiyi danışıqların təfərrüatları barədə heç bir məlumat verilməyib.

Məryəm Quliyeva