“Rusiya danışıqlardan qaçmaq üçün bəhanə tapdı”
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 22:59
30 Dekabr 2025 22:37
30 Dekabr 2025 22:36
2 Oktyabr 2025 13:30
2 275
Azərbaycanla birlikdə Türkiyədə çövkənin inkişafı üçün çoxlu işlər görürük.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin Çövkən Federasiyasının prezidenti Fatih Köşe Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunları barədə jurnalistlərə açıqlamasında deyib.
O, ilk dəfə MDB Oyunlarında iştirak etdiklərini xatırladıb: “Bunun qardaş ölkədə reallaşması olduqca xüsusi hadisədir. Bu idman növünün bütün dünyada inkişafını arzulayırıq. Çövkən idman növü olmaqla yanaşı, türk xalqlarının qədim tarixini özündə təcəssüm etdirir. Təbii ki, bu cür çövkən yarışları türk xalqları arasındakı münasibəti daha da təkmilləşdirir”.
Federasiya rəhbəri Azərbaycanın Oyunlara yüksək səviyyədə ev sahibliyi etdiyini bildirib: “Oyunu izləməyə gələn tamaşaçıların dəstəyini hiss edirik. Onlar bizə evimizdəki kimi hiss etdirirlər. Hər birinə təşəkkür edirik”.
30 Dekabr 2025 15:19
1 645
30 Dekabr 2025 11:47
1 680
30 Dekabr 2025 11:47
1 673