17 Noyabr 2025 12:37
2 849
“Araz-Naxçıvan” futzal klubunun UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində “Benfika” ilə Portuqaliyada keçirəcəyi oyunun məkanı və başlanma saatı müəyyənləşib.
Azərbaycan Futzal Federasiyasından AZƏRTAC-a bildirilib ki, komandalar dekabrın 5-də Lissabondakı “Pavilhao Fidelidade” arenasında üz-üzə gələcəklər. Görüşə Bakı vaxtı ilə saat 21:30-da start veriləcək.
Qeyd edək ki, bu komandalar arasında noyabrın 24-də Bakı İdman Sarayında keçiriləcək ilk qarşılaşma saat 20:00-da başlayacaq.
07:26
826
5 İyul 20:01
1 582
5 İyul 20:00
1 449