Valdas Dambrauskas: “Barselona” ilə oyundan zövq almalıyıq İdman

Valdas Dambrauskas: “Barselona” ilə oyundan zövq almalıyıq

“Barselona” ilə oyundan zövq almalıyıq. Təbii ki, onların titullarını, gücünü bilirik. Zəif tərəf tapmaq çətindir. Müdafiədə boşluqlar var. Amma inanıram ki, öhdəsindən gələcəyik”.

Apasport.az xəbər verir ki, bunu “Sabah” klubunun baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının V turunda “Barselona” ilə qarşılaşmadan öncə mətbuat konfransında bildirib.

O, Lamin Yamalın Bakıya gəlməməsinə görə Azərbaycan azarkeşləri adına üzüldüyünü bildirib: “Hər kəs onu görmək istəyirdi. Dünya futbolunun ikonlarından biridir. Başa düşürəm ki, hər oyunda meydana çıxmaq mümkün deyil. Həmçinin bu, Hansi Flik üçün də problem olmayacaq. Onun superulduzlardan ibarət heyəti var. Biz də əlimizdən gələni edəcəyik”.