11:59
644
Belçika millisinin yeni baş məşqçisi Mark van Bommel olacaq.
Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin iddiasına görə, 48 yaşlı niderlandlı mütəxəssislə bütün detallar razılaşdırılıb. Tərəflər 2028-ci ilin iyun ayınadək nəzərdə tutulan müqavilə ilə bağlı razılığa gəliblər. Rəsmi açıqlamanın yaxın günlərdə veriləcəyi gözlənilir.
Van Bommel son olaraq 2022-2024-cü illərdə "Antverpen"i çalışdırıb. Onun rəhbərliyi altında komanda Belçika çempionu, ölkə kubokunun və Superkubokunun qalibi olub.
Qeyd edək ki, Belçika Futbol Assosiasiyası dünya çempionatından sonra Rudi Qarsiya ilə yollarını ayırmışdı.
21 İyul 22:56
1 372
21 İyul 22:56
1 344
21 İyul 21:29
1 470