Ukrayna Polşadan "MiQ-29" qırıcılarını almaq istəmir Dünya

Ukrayna Polşadan "MiQ-29" qırıcılarını almaq istəmir

Varşavanın onları təmir etməkdən imtina etməsi səbəbindən Ukrayna artıq Polşadan SSRİ istehsalı olan "MiQ-29" qırıcılarını almaq istəmir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə mənbəyə istinadən "RİA Novosti" məlumat yayıb.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri Polşa Hərbi Hava Qüvvələrinin silahlanmasında qalan "MiQ-29"ların hazırkı vəziyyəti haqqında bütün məlumatlara malikdirlər.

"Onlar hətta söhbət gedən nümunələrlə tanış olmaq üçün xüsusi olaraq Polşaya gəlmişdilər. Qənaət belə oldu ki, təyyarələrin baha başa gələn təmirə və modernləşdirilməyə ehtiyacı var", — deyə mənbə dqiqləşdirib.

Agentliyin həmsöhbətinin qeyd etdiyi kimi, Kiyev Polşanın "MiQ-29"larını baha başa gələn modernləşdirmə olmadan kifayət qədər dəyərli hesab etmir, bu səbəbdən də onların hazırkı vəziyyətdə təhvil alınmasına maraq göstərmir.

Bununla yanaşı, qırıcıların təhvil verilməsi məsələsində fikir ayrılıqları məhz bu təyyarələrin döyüş əməliyyatları üçün yararlı vəziyyətə gətirilməsini kimin maliyyələşdirəcəyi üstündə yaranıb. Mənbənin məlumatına görə, Ukrayna tərəfi bunun üçün pul ödəmək istəmir və ya ödəyə bilmir, Varşava da baha başa gələn işlərin haqqını ödəmək niyyətində deyil.

Məryəm Quliyeva