Milanda təhlükəsizlik tədbirləri gücləndirilir Dünya

Milanda təhlükəsizlik tədbirləri gücləndirilir

İtaliyanın Milan şəhərində gənclərin etirazları fonunda həftəsonu yeni zorakılıq alovlanmalarının və iğtişaşların qarşısını almaq üçün mühafizə gücləndirilir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Corriere della Sera" məlumat yayıb.

Milanda komendant saatı tətbiq etməmək qərara alınıb, lakin hərbçilər ehtimal olunan iğtişaş yerlərində patrul xidməti aparacaq, həmçinin konsulluqları, dövlət və dini müəssisələri mühafizə edəcəklər. Bundan əlavə, yeniyetmələrin Milana kütləvi axınının qarşısını almaq üçün Lombardiya regionunun şimalındakı vağzallarda yoxlamalar aparılacaq. Həmçinin yetkinlik yaşına çatmayanların "profilaktik" saxlanılması da nəzərdə tutulur.

Bu arada, şənbə və bazar günləri Milanın mərkəzində mitinqlərin keçirilməsi qadağan edilib.

Həftəsonu şəhərdə ictimai qaydanı təmin etmək üçün minə yaxın polis əməkdaşı, karabiner və yerli polis qüvvələrinin cəlb olunması ilə plan hazırlanır.

Məryəm Quliyeva