“Bəzən doğrudan da simulyasiya edirəm“ İdman

“Bəzən doğrudan da simulyasiya edirəm“

"Simulyasiya etdiyimi düşünə bilərsiz. Əslində, bəzən doğrudan da simulyasiya edirəm. Həqiqət isə ondan ibarətdi ki, meydanda əziyyət çəkirəm". Bu sözlər PSJ-nin hücumçusu Neymara məxsusdu. Braziliyalı futbolçu haqqında simulyasiya etməsinə dair çıxan tənqidlərə cavab verib: "Bəzən insanları məmnun edirəm, bəzən isə etdiklərim narazılıqla qarşılanır. Daim içimdəki oğlan uşağını yaşatmağa çalışıram, ancaq bu, yaşıl meydanlara aid deyil. Düşünə bilərsiz ki, tez-tez yerə yıxılıram. Əslində isə bu, belə deyil. Sadəcə, artıq çökmüşəm. Bu isə topuq əməliyyatından sonra addım atmaqdan belə çətindi".
Neymar son olaraq tənqidlərdən nəticə çıxardığını fikirlərinə əlavə edib: "Tənqidlərinizdən sonra güzgüdə özümə baxdım və yeni biri olmağa qərar verdim. Mən insan olaraq çökmüşəm. Bilin ki, ancaq yerə yıxılanlar yenidən ayağa qalxa bilirlər".