Türkiyəli futbolçu oğlunu öldürüb İdman

Türkiyəli futbolçu oğlunu öldürüb

Türkiyənin “Hacettepe” klubunun sabiq futbolçusu Cevher Toktaş 5 yaşlı oğlunu öldürüb.
33 yaşlı sabiq oyunçu hadisədən 11 gün sonra törətdiyi cinayəti etiraf edib.
O, Bursada koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən Kasımı aprelin 23-də qətlə yetirib. Cinayətkar oğlunun başına yastıq basaraq boğub.
2008/09 mövsümündə “Hacettepe”nin heyətində Super Liqa həyəcanı yaşayan, karyerasının böyük hissəsi həvəskar regional komanda olan “Yıldırımspor”da keçən Toktaş cinayətin səbəbi kimi oğlunu sevmədiyini və bunun əsəb keçirməsi ilə izah edib. Onun etirafından sonra hadisəylə bağlı cinayət işi açılıb.